Yeni “Təndir” nə vaxt açılacaq? - EKSKLÜZİV

Yeni “Təndir” nə vaxt açılacaq? - EKSKLÜZİV
Xəbərlər 30 Oktyabr 2018 12:50 493
Yeni “Təndir” nə vaxt açılacaq? - EKSKLÜZİV

Bakının ən məşhur restoranlarından biri olan “Təndir” yenidən qurulması işləri başa çatdıqdan sonra fəaliyyətini bərpa edəcək. 

Seyyah.az xəbər verir ki, restoran 2 aydan sonra yenidən fəaliyyət göstərəcək.

“Təndir”dən başqa “Buta”, “Manqal” və “Qala divarları” restoranları da sökülür. Onların yerində yeni restoranlar inşa ediləcək”, - bu fikirləri Seyyah.az-a açıqlamasında həmin restoranların yaxınlığındakı obyektlərdən birinin sahibi deyib. 

Xatırladaq ki, söküntü işlərinə ötən gün səhər saatlarında başlanılıb. 

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR