Turistlər bank kartları vasitəsilə xərclədikləri vəsait- MƏBLƏĞ

Turistlər bank kartları vasitəsilə xərclədikləri vəsait- MƏBLƏĞ
Xəbərlər 30 Oktyabr 2018 22:18 398
Turistlər bank kartları vasitəsilə xərclədikləri vəsait- MƏBLƏĞ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayı təqdim olunub. 
Seyyah.az-ın məlumatına görə, “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 2 milyon 208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
 
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 2 milyon manat təşkil edib və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu əməliyyatların dəyəri 205 milyon AZN və ya 25 faiz artıb.
 
2018-ci ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 114 milyon manat təşkil edib və ötən ilin sentyabr ayı ilə müqayisədə 23 faiz artıb.
 
Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR