Buxarest-Bakı birbaşa aviareysi açılacaq - QİYMƏTLƏR

Buxarest-Bakı birbaşa aviareysi açılacaq - QİYMƏTLƏR
Xəbərlər 31 Oktyabr 2018 11:14 374
Buxarest-Bakı birbaşa aviareysi açılacaq - QİYMƏTLƏR

Rumıniyanın TAROM (Transporturi Aeriene Române) dövlət aviaşirkəti gələn ilin aprelin 3-dən Buxarest-Bakı arasında müntəzəm reyslərə başlayır.

Rumıniyanın “Tarom” aviaşirkəti 2019-cu il aprelin 3-dən etbarən Buxarest-Bakı istiqamətində birbaşa aviareys açacaq.

Bu barədə şirkətdən məlumat verilir.

Tarom" 3 aprel 2019-cu ildən etibarən Buxarest-Bakı istiqamətində birbaşa aviareys açır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və cümə günləri “Boeing 737-700” təyyarələri ilə həyata keçiriləcək”, - məlumatda qeyd olunur.

Buxarestin "Henri Coan"da Beynəlxalq Aeroportundan uçuş yerli vaxtla 03:00-da, Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş yerli vaxtla 15:30-da həyata keçiriləcək.

Buxarestdən bir istiqamətdə biletin qiyməti 212,32 avrodan, Bakıdan - 202 avrodan başlayır. Hər iki istiqamətə biletin qiyməti 341 avrodan başlayır. Qiymətə 10 kilo əl yükü, 23 kilo baqaj, yemək və arzulanan yeri tutmaq haqqı daxildir.

Rumıniyanın "Tarom" aviaşirkəti 1954-cü ildə təsis olunub. Şirkət Nəqliyyat Nazilrliyinin rəhbərliyi altında fəaliyyət göstərir və 2010-cu il iyunun 25-dən SkyTeam alyansının üzvüdür.

Şirkət 50-dən artıq təyinat və istiqamətə xidmət göstərir. “Tarom”un donanmasına 25 təyyarə daxildir.

Mənbə: Marja

 

OXŞAR XƏBƏRLƏR