Sabah Bakı Funikulyoru istifadəyə veriləcək

Sabah Bakı Funikulyoru istifadəyə veriləcək
Xəbərlər 31 Oktyabr 2018 17:15 410
 Sabah Bakı Funikulyoru istifadəyə veriləcək

Bakı funikulyorunda aparılan təmir işləri başa çatıb.

Funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də istifadəyə veriləcək.

Xatırladaq ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, əməkdar mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı funikulyoru indiyədək iki dəfə - 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR