“Baku Fashion Nights 2015” çərçivəsində moda günləri yekunlaşıb

13,14 və 15 Mart, 2015-ci il tarixlərində “Excelsior Hotel & SPA Baku”- da baş tutmuş “Baku Fashion Nights 2015” təntənəli moda günləri uğurla yekunlaşdı.
Xəbərlər 16 Mart 2015 00:00 1272
“Baku Fashion Nights 2015” çərçivəsində moda günləri yekunlaşıb

 

13 Mart tarixində, tədbirin ilk günü əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin ixtiyarına verildi.   Möhtəşəm dəfilənin ardından, podiumda   yer alan modellər Ülkər Hüseynovanın“Fashion Couture by Ulker Huseynova” moda evinin 2015 yay-yaz kolleksiyasından nümunələr nümayiş etdirdi. “Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşatmaqla yanaşı, bu ilin ən yadda qalan, cürətkar saç dizaynları nümayiş olundu. Tədbirin irəliləyən saatlarında səhnə alan digər gənc və istedadlı modelyer Günay Mirzə, yaz-yay  moda trendləri ilə gecəyə damğasını vurdu.

14 Mart  tarixində podiumda yer alan  və ən yeni kolleksiyası ilə qonaqları salamlayan modelyer, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Gülnarə Xəlilovanın təqdimatında idi.Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən “La Couture Baku” Xavər Məmmədova,  milli və müasir toxunuşları ilə seçilən  “Hokuma by Hokuma Hajiyeva” və “Magura by Gulshan Ibrahimova” Moda Eviləri idi.

Türk modasının canlı korifeyi, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal  “Baku Fashion Nights 2015”-in  fəxri qonaqlarından idi. Yıldırım Mayruk  məhz bu il 50 illik yubileyini “Excelsior Hotel & Spa Baku” Otelində və “Baku Fashion Nights 2015” moda günlərində özəl olaraq qeyd etdi.

15 Martda vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyən Yıldırım Mayruk,  “Prêt-à-Porter” konseptli kolleksiyası ilə bütün moda sevənləri heyrətləndirdi. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunumuşdu.

 

Nə az, nə çox, tam 3 gün Azərbaycanda moda rüzgarları əsdirən modelyerlər, bu gözəl nümayişi izləməyə gələn qonaqlar, modanın nəbzini “ Excelsior Hotel & Spa Baku” sürətləndirdi.

OXŞAR XƏBƏRLƏR