Azərbaycanlılar kinoteatrlarda hansı filmlərə üstünlük verirlər?

Azərbaycanlılar kinoteatrlarda hansı filmlərə üstünlük verirlər?
Xəbərlər 2 Noyabr 2018 12:30 395
Azərbaycanlılar kinoteatrlarda hansı filmlərə üstünlük verirlər?

Azərbaycanlıların kino zövqləri fərqlidir. Bunu nümayişi zamanı zalları dolduran filmləri analiz edərkən anlamaq mümkündür. Bəziləri fantastik, qorxulu, digərləri Avropa və Rusiya melodramlarına, başqaları isə türk kinokomediyaları və ya cizgi filmlərinə baxmağa üstünlük verir.

Seyyah.az xəbər verir ki, Oxu.Az Azərbaycan tamaşaçısının ən çox hansı filmlərə üstünlük verdiyini öyrənmək üçün ölkənin aparıcı kinoteatrlarının mətbuat xidmətlərinə müraciət edib.

“Bu gün üstünlük yerli filmlərə verilir. Demək olar ki, hər həftə repertuarımız yeni Azərbaycan filmləri ilə yenilənir”, - “Nizami” kinoteatrının mətbuat katibi Arzu Əhədova deyib.

Öz növbəsində, “CinemaPlus” kinoşəbəkəsinin PR-meneceri Nərmin Həsənova bildirib ki, yerli filmlərə baxış digərlərindən daha çoxdur.

“Bizim kinoşəbəkəmizdə birinci yeri Azərbaycan kinofilmləri, ikinci yeri isə türk ekran əsərləri tutur”, - Həsənova deyib və əlavə edib ki, janrlar fərqli ola bilər. Bu gün ölkənin kinozallarında nümayiş etdirilən Azərbaycan filmlərinin siyahısını təqdim edir:

 

OXŞAR XƏBƏRLƏR