Seyyah.az-ın məlumatına görə, bu barədə fins.az şirkətin rəsmi internet səhifəsinə istinadən xəbər verir. Xatırladaq ki, bir qədər əvvəl "WizzAir" bəyan etmişdi ki, martın 29-dan etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə reysləri bərpa edəcək. Daha sonra məlum oldu ki, şirkətin saytından, aprel ayına bilet sifarişi etmək mümkün deyil. Budapeştdən Bakıya ilk uçuşun mayın 3-nə nəzərdə tutulduğu qeyd edilmişdi. Ancaq hazırda nəinki may ayında, ümumiyyətlə bu il ərzində bilet sifariş etmək mümkün deyil.
Fins.az-ın bir neçə gün əvvəl apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, yerli turizm şirkətləri təxirə salınan uçuşları digər reyslərlə əvəz edirlər. Satılan biletlərin pullarının geri qaytarılacağı dəqiqləşəsə də, viza və digər xərclərin kompensasiya ediləcəyi məlum deyil. Agentliklər turistlərə alternativ aviareyslərdən istifadə etməyi məsləhət görür. Səyahətə gedənlər bundan dəfələrlə bahalı Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva və “Türk Hava Yolları”nın İstanbul reysləri ilə yanaşı, "WizzAir"in Kutaisidən təşkil etdiyi reyslərdən yararlana bilərlər. Kutaisi- Budapeşt marşrutu üzrə biletlərin qiyməti isə Novruz bayramı günlərində, yəni martın 20-dən 23-nə kimi 90 avro, ayın sonuna kimi martın 40-60 avro arasında dəyişir.