İstanbulda yeni aeroporta - METRO AÇILIR

İstanbulda yeni aeroporta - METRO AÇILIR
Xəbərlər 6 Noyabr 2018 08:21 443
İstanbulda yeni aeroporta - METRO AÇILIR

Qayrettepe-İstanbul Hava Limanı metro xəttinin tikintisi 2019-cu ilin sonunadək başa çatacaq.

Seyyah.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan məlumat verib. Nazir bildirib ki, 37,5 kilometr uzunluğunda olan bu xətt 9 stansiyadan ibarət layihələndirilib. İndiyədək bu yeraltı polad magistralda işlərin 23 faizi görülüb.

Qeyd edək ki, hazırda Atatürk Hava Limanının texnika və avadanlığı oktyabrın 29-da - Cümhuriyyət Günü rəsmi açılışı olan İstanbul Hava Limanına daşınmaqdadır. Rəsmi məlumata görə, dekabrın 31-dən etibarən İstanbul Hava Limanı sərnişinlərin xidmətində olacaq.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR