Lənkəranda festival keçiriləcək

Lənkəranda festival keçiriləcək
Xəbərlər 6 Noyabr 2018 14:03 496
Lənkəranda festival keçiriləcək

Noyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında II Çay, çəltik, sitrus festivalı keçiriləcək.

Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Lənkəranın düyüsü dillər əzbəri”, “Sitrus bağlarının möcüzəsi”, “Qonaq evin ruzi-bərəkətini artırar” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq və Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək.

Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunacaq.

Bundan başqa, festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşbazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Apolla” “Campo” və digər düyülərdən bişirdikləri 50 çeşiddən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisi və müxtəlif kabablar təqdim olunacaq.

Festivalda bədii özfəaliyyət kollektivləri rəngarəng musiqi nömrələri ilə çıxış edəcək, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.

İkinci Çay, çəltik və sitrus festivalı axşam saatlarında Lənkəran Şəhər Mədəniyyət Mərkəzində respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla başa çatacaq.

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR