Monteneqroya vizasız gedə bilərsiz - YENİLİK

Xəbərlər 25 Mart 2015 00:00 1549
Monteneqroya vizasız gedə bilərsiz - YENİLİK

Monteneqro hökuməti Azərbaycan Respublikasının vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və orada yaşaya bilərlər.

Monteneqro Balkan yarımadasında bir ölkədir. Şərqində Albaniya və Kosova, şimalında Serbiya, qərbində Xorvatiya, Bosniya-Herseqovina, cənubunda Adriatik Dənizi yer alır. Paytaxtı Podgoritsa şəhəridir. 670 min nəfərə yaxın əhalisi olan ölkənin pul vahidi Avrodur.

OXŞAR XƏBƏRLƏR