“Bu il biz "yatdıq", ərəblər daha çox Türkiyəyə axın etdilər”

Ərəblər daha çox Türkiyəyə axın etdilər
Xəbərlər 7 Noyabr 2018 11:04 446
“Bu il biz "yatdıq", ərəblər daha çox Türkiyəyə axın etdilər”

Bu yay səudiyyəli turistlər Azərbaycandan daha çox Türkiyəyə səfər ediblər.

Bunu Azərbaycandakı turizm şirkətlərindən birinin nümayəndəsi deyib.

“2017-ci ilin yayında səudiyyəli turistlər daha çox Azərbaycana gəlməyə başlamışdılar. Bu yay isə yenidən daha çox Türkiyəyə istiqamətləndilər”.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında daha çox Türkiyəyə biletlər satılıb. Bunun səbəbi bu il Azərbaycanın təbliğata az fikir verməsidir. Türkiyə qurumları və agentlikləri isə fasiləsiz təbliğat işini davam etdirirlər. Bu da ərəblərin daha çox Türkiyəyə axmasına səbəb olur:

“2016-cı ildə Azərbaycan olaraq, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Səudiyyə Ərəbistanında ölkənin təbliğatı üçün çalışdıq. Bu il isə nədənsə passiv olduq. Ərəb tərəfdaşlarımızın sözləri ilə desək, “bu il biz yatdıq”. Biz təbliğatı saxladığımız məqamda türklər durmadan öz reklamlarını apardılar”.

Nümayəndə əlavə edib ki, Dekabr ayında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə Azərbaycanın ixrac missiyası tətşkil olunacaqdır:

“Mən və bir neçə iri turizm agentliyinin rəhbərləri də  İxrac missiyası ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında olacağıq.  Missiya çərçivəsində, ölkəmzə ərəb ölkələrindən daha çox turistin gəlməsi, investisiyaların cəlb edilməsi məqsədləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub”.

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR