Martın 28-də “Şahdağ” Turizm Mərkəzində Azərbaycan Dağ Xizək İdmanı Federasiyası və “Red Bull” şirkətinin birgə dəstəyi ilə Azərbaycanda ilk dəfə “ski cross” yarışması keçiriləcək.
Bu barədə seyyah.az-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, yarışma üçün xüsusi xizək enişi hazırlanıb. Yarışmanın qaydalarına əsasən finiş xəttinə çatan ilk idmançı qalib sayılır.
Qeyd edək ki, "Ski-cross" (xizək krosu) – fristayla aid olan qış xizək idman növüdür.
Yarışmada iştirak pulsuzdur.