Britaniyaya qanunsuz yolla viza almaq istəyənə cinayət işi açıldı

Britaniyaya qanunsuz yolla viza almaq istəyənə cinayət işi açıldı
Xəbərlər 8 Noyabr 2018 15:50 430
Britaniyaya qanunsuz yolla viza almaq istəyənə cinayət işi açıldı

Böyük Britaniya Birləşmiş Krallığının Aərbaycandakı səfirliyindən saxta sənədlə viza almaq istəyən Hacıyev Rauf Şükür oğlu barəsində cinayət işi açılıb. 

Seyyah.az-ın əldə etdiyi məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, R.Hacıyev Böyük Britaniya Birləşmiş Krallığına viza almaq məqsədilə “Beynəlxalq Bank”da hesabının olmasına dair saxta məktub və bank hesabından çıxarışı bu ölkənin Azərbaycandakı səfirliyinə təqdim edib. 

Buna görə də R.Hacıyevin əməlində rəsmi sənədləri qanunsuz hazırlama və bilə-bilə istifadə etmə cinayətinin əlamətləri olduğu üçün onun barəsində müvafiq maddələrlə cinayət işi açılıb. 

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR