Telman İsmayılovun Antalyadakı oteli satılır - 250 milyon dollara

Otel 2010 ildə dünyanın ən yaxşı lüks oteli seçilmişdi
Xəbərlər 28 Mart 2015 00:00 2471
Telman İsmayılovun Antalyadakı oteli satılır - 250 milyon dollara

Rusiyanın iş adamı, əslən azərbaycanlı olan Telman İsmayılov tərəfindən 2009-cu ildə tikilən və Antalyanın ən bahalı otelləri arasında yer alan Mardan Palace, bələdiyyəyə olan borcları səbəbindən Antalya 4-cü İcra İdarəsi tərəfindən satışa çıxardılıb.

Seyyah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antaliyanın Aksu bölgəsinin Kundu turizm zonasında yer alan kompleksin qiyməti 650 milyon lirə (250 milyon dollar) müəyyənləşdirilib. Kompleksin satışı auksiyon üsulu ilə həyata keçiriləcəkdir.

Kompleksin satışı üçün ilk auksion 3 İyun 2015-ci il tarixində saat 14.00-da, ikinci auksion isə  30 İyun saat 14.00-da keçiriləcəkdir.
 
Auksionda  təkliflər elektron şəkildə qəbul ediləcəkdir. Kompleks, satışı qiymətinin 50%-nin, borcların və satış xərclərinin ödənilməsi şərtilə satılacaq.
 
Birinci auksionda alıcı olmadığı təqdirdə elektron qaydada ikinci auksiona qədər təkliflər qəbul ediləcək. Bu auksion da, kompleksin  qiymətinin 50%-i,  borclar və satış xərclərinin ödənilməsi şərtilə həyata keçiriləcəkdir.

İddiaçılardan,  kopleksin qiymətinin  20%-i məbləğində beh və ya bu miqdar qədər bank təminatı məktubunun verilməsi tələb olunacaq.  

Kunduda 93 min kvadrat metr ərazidə yerləşən kompleksdə 365 ədəd 2 yataqlı standart otaq, 146 ədəd 2 yataqlı suit otaq, 43 ədəd 4 yataqlı suit otaq, 6 ədəd 2 yataqlı fiziki qüsurlu otağı, 5 ədəd 4 yataqlı suit villa, bir də 12 yataqlı villa var. Kompleksdə həmçinin 900 nəfər yeri olan birinci sinif restoran, 10 kafe, 500 nəfərlik yeri olan gecə klubu, 1500 nəfərlik çoxməqsədli zal, 830 nəfərlik yeri olan konfrans zalı, 16 konfrans zalı ilə kino zalı, boulinq zalı, mini klub, üzgüçülük hovuzları, idman zalları, iş otaqları, bağlı və açıq dayanacaqlar və SPA məntəqəsi yer alır.

Rusiyalı iş adamı Telman İsmayılov tərəfindən inşa edilmiş və 23 May 2009-cu ildə açılmış Mardan Palace; Monica Belluci, Richard Gere, Mariah Carey, Sharon Stone kimi Hollivud ulduzlarının iştirakı ilə açılmışdı. Təxminən 800-850 milyon dollara, digər məlumatlara görə isə 1,4 milyard dollara başa gəldiyi deyilən otelin memarlıq quruluşu Dolmabaxça Sarayı, Qülləli Əsgər Liseyi görünüşündə hazırlanmış, Kız Kulesi və Galata Körpüsünün bənzərləri İstanbulun miniatürü şəklində edilmişdi. Otel, 2010 ildə dünyanın ən yaxşı lüks oteli seçilmişdi.

OXŞAR XƏBƏRLƏR