AZAL bu şəhərə - YENİ QİYMƏTLƏ UÇACAQ

AZAL bu şəhərə - YENİ QİYMƏTLƏ UÇACAQ
Xəbərlər 12 Noyabr 2018 11:38 539
AZAL bu şəhərə - YENİ QİYMƏTLƏ UÇACAQ

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir.

2018-ci il dekabrın 1-dən  2019-cu il martın 26-dək yerinə yetirilən  uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri:

-Bakı-Pekin-Bakı  marşrutu üzrə - 399 avro

-Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları təşkil edəcək .

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.

Qeyd edək ki, endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.  Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir.

Endirimli qiymətlərlə aviabiletləri  www.azal.az saytında , həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. 

OXŞAR XƏBƏRLƏR