Nyu-Yorkda nəyi görməli - SİYAHI

Nyu-Yorkda nəyi görməli - SİYAHI
Xəbərlər 12 Noyabr 2018 13:52 525
Nyu-Yorkda nəyi görməli - SİYAHI

Heç vaxt yatmayan şəhər, dünyanın mərkəzi, böyük alma … Nyu-York daha necə adlandırılmır? Bu nəhəng meqapolisdə  özünüz üçün sonsuz sayda kəşflər edə və hər dəfə də yeni və maraqlı guşələr tapa bilərsiniz. Lakin xüsusi yerlər vardır ki, onları mütləq görməlisiniz.

Beləliklə, Nyu-Yorkda ziyarət edilməli yerlərin top beşliyini təqdim edirik:

Tayms meydanı

İnsan izdihamı, parlaq işıqlı reklamlar, sarı taksilərin sonsuz axını –  bütün bunlar  bir çoxlarında Nyu-Yorkun obrazı ilə assosiasiya olunur, bu obrazın təcəssümünü  Tayms meydanında görmək mümkündür. Əgər Nyu-Yorku dünyanın mərkəzi adlandırsaq, bu zaman Tayms Meydanının Nyu-Yorkun mərkəzi olduğunu tam dəqiqliklə söyləmək mümkündür.

Günün hansı saatında buraya gəlməyinizdən asılı olmayaraq, öz işləri dalınca tələsən insanların sayı sizi heyrətə salacaqdır. Tayms Meydanını gecə ziyarət etmək daha yaxşıdır,  neon lampalarının işıqları hipnoz təəssüratı bağışlayır.

Empayr Steyn Binası

Empayr Steyn Binası Nyu-Yorkun ən çox ziyarət edilən gəzməli-görməli yerlərindəndir. Hər bir turist bu məşhur göydələnə çıxmağa özünə bir borc hesab edir! Müşahidə meydançasının yerləşdiyi 86-cı mərtəbədən  şəhərə nəfəs kəsən heyranedici mənzərəsi açılır. Burada siz şəhərin bütün gəzməli-görməli yerlərinin qeyd olunduğu sxemi tapa bilərsiniz.

Bruklin körpüsü

Bruklin körpüsü Nyu-Yorkun rəmzi hesab edilir, şəhərdə ən qədim və ən məşhur körpüdür. Körpü Manhetteni Bruklin ilə də birləşdirir, ancaq daha çox göründüyü Hollivud blokbasterlərinin hesabına onu hamı tanıyır. Bruklin körpüsündə, şəhərdəki körpülərdə çox az təsadüf edilən piyada cığırı vardır, bu cığır boyunca gəzmək və körpünü piyada keçmək mümkündür.

Azadlıq Heykəlinə qədər bərədə gəzinti

Azadlıq Heykəlinə heç bir haqq ödəmədən Staten Island  bərəsində getməyi tövsiyyə edirik. Bu bərə Nyu-Yorkun ictimai nəqliyyatının bir hissəsini təşkil edir və Azadlıq Heykəlinə gedən turistlər üçün dəniz səyahəti bərələrinin ən gözəl alternatividir. Bərə gün ərzində minlərlə sərnişini  Manhettendən Steyten Aylendə və geriyə daşıyır.

Bərədən  Manhettenin aşağı hissəsinə  möhtəşəm bir görüntü açılır, bir də Azadlıq Heykəlinin yanından üzüb keçərək, onu yaxşıca seyr etmək olar.

 Mərkəzi Park

Nyu-Yorkda Mərkəzi Park –  dünyada ən böyük parkdır, ölçülərinə görə hətta Monako krallığının bütün ərazisindən də böyükdür! Burada siz  qayıqla və ya roliklə gəzərək, vaxtınızı əla keçirə,  piknik təşkil edə və yumşaq qazonun üzərində uzana bilərsiniz. Bu park sakit, tələsmədən gəzmək və Nyu-Yorkun səs-küyündən dincəlmək üçün mükəmməl yerdir.

Mənbə: Triponline

OXŞAR XƏBƏRLƏR