Qəbələdə ovçu şəlaləyə düşərək ölüb

Qəbələdə ovçu şəlaləyə düşərək ölüb
Xəbərlər 12 Noyabr 2018 15:44 346
Qəbələdə ovçu şəlaləyə düşərək ölüb

Qəbələ rayonunda dağdan yıxılaraq çaya düşən şəxsin meyiti tapılıb. 

Daxili İşlər Nazirliyindən Seyyah.az-a bildirilib ki, noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər.

Noyabrın 10-da saat 19:00 radələrində S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb.

Qəbələ rayon Polis şöbəsinin əməkdaşları tərəfindən C.Kərimovdan “TOZ” markalı, E.Sədirovdan “BUM” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR