Dünyada 5 ən maraqlı okeanarium

Dünyada 5 ən maraqlı okeanarium
Xəbərlər 12 Noyabr 2018 19:12 798
Dünyada 5 ən maraqlı okeanarium

2000-ci illərdən etibarən cəmi bir neçə il ərzində köpək balıqları, tısbağalar və dərin sularda yaşayan milyonlarla ekzotik canlılarla zəngin nəhəng atraksionlar hər kəsin marağına sahib olmağa başladı.

Bu atraksionların populyarlıq sirri çox sadədir. Sualtı attraksionlar zooparklarvə delfinariylərin fonunda daha nəhəng və maraqlı görünür. Artıq bəzi okeanariumlar bir çoxlarının məzuniyyət zamanı görmək üçün əhəmiyyət kəsb edən obyektlərinə çevriliblər. Biz sizə bu yay səyahət edə biləcəyiniz ölkələrdə olan 5 ən maraqlı okeanarium haqqında danışacayıq.

Çuraumi Okeanariumu. Okinava. Yaponiya

Bu okeanarium 2002-ci ildən etibarən açılışından dərhal sonra əhalinin ümumi akvarium etalonuna çevrildi. Burada çəkilən şəkillərə baxsanız, onların sanki kinoteardan çəkildiyini düşünə bilərsiniz. Lakin bu kino deyil və burada olanköpək balıqları real canlılardır. İnsanlar bu canlıları okeanariumun mavi ekranından akvarium bağlanana qədər seyr edə bilirlər. Okeanariumda olarkən mütləq köpək balıqlarına həsr olunmuş zala baş çəkin (Shark Research Lab). Burada okeanariumun ən təsirli eksponatları ilə tanış ola biləcəksiniz.

Okeanarium L’oceanografic. Valensiya. İspaniya

Baxmayaraq ki, Loceanografic əyləncə xarakterli attraksiondur, o həm də tədqiqat laboratoriyası kimi fəaliyyət göstərir. Burada turistlər alimlərləqarşılaşmasa da, «elmlilik» hətta obyektin planlaşdırmasında belə hiss edilir. Okeanarium bir neçə bölümdən, bir-birindən ayrı «okeanlar»dan ibarətdir ki, hər okean öz təbii sakinləri, ekosistemi və suyun kimyəvi tərkibi ilə fərqlənir.

Okeanariumun əsas hissəsi iki böyük sualtı tunel hesab edilir ki, burada saatlarla köpək balıqlarının, morjların həyatını öyrənərək özünüzü əsl ixtioloq hiss edə biləcəksiniz.

Okeanariumda olduqda mütləq Submarino adlı sualtı restoranda romantik şam yeməyi edin.

The Georgia Aquarium. Atlanta. ABŞ

İnsanlar Atlanta şəhərində yerləşən bu okeanariumun sularında yaşayan canlıları adəti üzrə insan adları ilə təltif ediblər. Lakin Georgia Aquarium tarixə yer üzündə ən böyük okeanarium kimi düşür. Bu nəhəng şüşəli akvarium 30 mln. litr su və 100 min dəniz canlıları və balıqlardan ibarətdir. Naviqasiya rahatlığı üçün super akvarium 60 tematik bölmələrə bölünüb. Burada olduqda mütləq «İblis» adlandırılan nəhəng buynuzlu skatları seyr etməyi unutmayın.

Aquadom Akvanariumu. Berlin. Almaniya

Berlinin baş akvariumununun proektini Serqey Çoban adlı memar fikirləşib. Okeanariumun binasına daxil olduqda insanın qarşısına 10-mərtəbəli bina hündürlüyündə nəhəng bir «stəkan» görünür ki, onun dərinliklərində skumbriyalar və digər dəniz canlıları üzür.

 Hətta qarşınızda 1000 litrlik suyun olduğunu bilməsəniz belə, bu akvarium sizi valeh edəcək. Qeyd edək ki, bu akvarium Radisson SAS Berlin otelinin foyesində quraşdırılıb və oteldə bir günlük gecələmə üçün siz 475 avro ödəməklə «dəniz mənzərəli» otaq sifariş edə bilərsiniz.

Okeanariumda olduqda mütləq akvariumun daxilində yerləşən liftdə gəzin. Səfər təxminən 10 dəqiqə vaxtınızı alacaq ki, bu da akvariumun gözəlliyini tam seyr etməyə kifayət edəcək.

Dubai Aquarium. Dubay. BƏƏ

Dubay şeyxlərinin növbəti nailiyyəti öz möhtəşəmliyi, misli görünməmiş dəbdəbəsi ilə fərqlənən okeanariumdur. Dubay okeanariumu — planetimizin ən böyük və səhrada olan ilk akvariumudur.

Ginnesin rekordlar kitabına əsasən, onun şüşə panellərinin uzunluğu 33 metr, hündürlüyü isə 8,5 metr təşkil edir.

60 santimerlik şüşəyə baxmayaraq burada bütün dəniz həyatı əlinizin içindəki kimi görünür.

Okeanariumda olduqda mütləq köpək balıqları ilə üzərək həyəcanlı anlar yaşayın!

OXŞAR XƏBƏRLƏR