Bakı dünyanın ən bahalı şəhərləri siyahısında 32-ci yerdədir

Ən bahalı şəhər isə Venesuelanın paytaxtı Karakas sayılıb
Xəbərlər 6 Fevral 2014 00:00 1855
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında 32-ci yerdədir

Bakı dünyanın ən bahalı şəhərləri siyahısında 32-ci yerdədir. Seyyah.az-ın məlumatına görə, bu reytinqi 125 müxtəlif ərzaqdan ibarət səbətə əsasən ECA İnternational beynəlxalq agentliyi aparıb (ECA International Worldwide Cost of Living Ranking 2013).


390 şəhərdə yaşayış dəyəri indeksləşdirilib. Bu il ən bahalı şəhər Venesuelanın paytaxtı Karakas sayılıb. Anqolanın paytaxtı Luanda 2-ci, Norveçin paytaxtı Oslo 3-cü yerdədir. Moskva 12-ci yerdədir.  

 

Şərti səbətə ərzaq- qənnadı, süd, ət və balıq, təzə meyvə-tərəvəz, alkoqolsuz və alkoqolsuz içkilər, tütün məmulatları; müxtəlif mal və xidmətlər – geyim, elektrotexnika və s. daxildir. Kommunal xidmətlər, avtomobil alınması, təhsil haqqı bu indeksin hesablanmasında nəzərə alınmır.
OXŞAR XƏBƏRLƏR