Qışda ən məşhur turizm obyektləri

Qışda ən məşhur turizm obyektləri
Xəbərlər 15 Noyabr 2018 08:31 624
Qışda ən məşhur turizm obyektləri

Qarşıdan uzun qış tətili gəlir. İmkanı olan azərbaycanlılar indidən bayram tətili planlarını qurublar. Kasıb təbəqə tətili ölkə daxili keçirməyə üstünlük versədə , imkanlılar üçün seçim imkanları çoxdur. Bu səbəbdən Seyyah.az dünya üzrə çox məşhur olan qış turizm obyektlərinin ilkonluğunun siyahısını sizlərə təqdim edir.

1.Vistler Bləkkomp (Kanada) - Burada dünyada ən dik xizəksürmə yolları yerləşir. Mərkəzdə cürbəcür kafelər, buz içində restoran var. Burada Çin, Fransa, Yunanıstan, İtaliya, Meksika, Tailand və Aralıq dənizi mətbəxləri təklif olunur.

2. Kitzbuhel (Avstriya) - Həm də Alp incisi adlanan bu düşərgənin 700 illik tarixi var. Dünyanın ən qədim turizm mərkəzlərindən olan Kitzbuhel həm də orijinallığı ilə seçilir

3. Zermatt (İsveçrə) - burada dünyanın ən böyük dağ liftləri yerləşir

4. Vail (ABŞ-Kolorado) - burada dünyanın ən böyük xizəksürmə meydançası yerləşir. Turizm mərkəzində həmçinin çoxlu sənət qalereyaları, hokkey meydançaları, muzeylər var.

5. Banff Alberta (Kanada) - bu turizm mərkəzinin əsas özəlliyi Luis gölü ətrafında dağlıq ərazidə yerləşməsidir.

6. Şamonix Monblan (Fransa) - 1924-cü il Qış Olimpiya Oyunları burada keçirilib. Alp dağlarının ikinci ən yüksək zirvəsi də turizm mərkəzinin ərazisindədir.

7. Styuve (ABŞ-Yeni İngiltərə ştatı) - burada 90 fərqli mağaza və 60 restoran fəaliyyət göstərir.

8. Tremblant (Kanada) - Bu düşərgəni Kanadanın ən böyük şəhəri olan Monrealdan 1 saatlıq yol ayırır.

9. Kortina (İtaliya) - 1956-cı ildə Qış Olimpiya oyunlarına səhnə olmuş Kortina həm də ən qədim qış düşərgələrindəndir.

10. Aspen (ABŞ-Kolorado) - Burada uca dağlarla dərin kanyonlar vəhdət təşkil edir.

Mənbə: Fiins

OXŞAR XƏBƏRLƏR