“Excelsior”da 50% endirim davam edir

Martın 25-də “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzində mətbuat nümayəndələri və üçün yoqa üzrə açıq dərs keçirilib.
Xəbərlər 30 Mart 2015 00:00 2780
“Excelsior”da 50% endirim davam edir

Qeyd edək ki, “Aura”da idmanın müxtəlif növləri üzrə dərslər keçirilir. Mərkəzə üzvlük kartı almaqla həftədə 3 dəfə “zumba”, 2 dəfə “kallanetika”, “aerobika”, “kallanetika” və “yoqa” dərslərində iştirak etmək mümkündür. Dərslər peşəkar təlimçilər tərəfindən keçirlir.

Qadınlar üçün 50% endirim davam edir

“Excelsior Hotel Baku” otelinin qadınlar üçün elan etdiyi aksiya davam edir. “Aura” sağlamlıq mərkəzində qadınlar 50% endirimli qiymətlə bir illik üzvlüyü 1175 AZN və 6 aylıq üzvlüyü 750 AZN-ə əldə edə bilərlər. Sahəsi 3 500 kv.metr olan “Aura” Sağlamlıq Mərkəzində trenajor zalı, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz, stolüstü tennis kortu, skvoş kortu, istirahət otaqları “Aura” klubunun üzvlərinə xidmət edir. İdman meydançası çətin iş günündən sonra yorğunluğu çıxarmaq üçün əla imkandır. “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Hoteldə 1 “İmperial “- lyuks, 1 “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi var. “Excelsior Hotel Baku” otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

OXŞAR XƏBƏRLƏR