"InTravel" işçi axtarır - VAKANSİYA

VAKANSİYA
Xəbərlər 16 Noyabr 2018 21:56 747
"InTravel" işçi axtarır - VAKANSİYA

TURİZM ÜZRƏ MENECER 300 - 500 AZN

İş barədə məlumat

- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması 
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması 
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması 
- Otellərin bronlaşdırılması 
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması 
- Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi 
- İş saatları: 10:00-dan 19:00-dək; Şənbə günü: 10:00-dan 16:00-dək 
- İstirahət günü - Bazar günü 
- Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər 
- Əmək haqqından əlavə satılan hər məhsula görə 10-20% komisya ilə mükafatlandırma mövcuddur

Namizədə tələblər

- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq 
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir) 
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq 
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq 
- Məsuliyyətli və diqqətli olmaq 
- Gülərüz və özünə qarşı tələbkar olmaq 
- Vaxtın idarəolunması bacarığına malik olmaq 
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq 
- Həmçinin turizm səhəsində təhsil almış namizədlər 3 aylıq təcrübə proqramını uğurla keçdikdən sonra işə qəbul oluna bilərlər

Yalnız şəkilli CV-ləri göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Telefon:  (012) 511-15-41
(050) 511-15-21

E-mail : hr@intravel.az

OXŞAR XƏBƏRLƏR