Azərbaycanda kənd evlərinə də - «ULDUZ» VERİLƏCƏK

Azərbaycanda kənd evlərinə də - «ULDUZ» VERİLƏCƏK
Xəbərlər 16 Noyabr 2018 22:50 419
Azərbaycanda kənd evlərinə də - «ULDUZ» VERİLƏCƏK

Azərbaycanda turistlərin kənd evlərində qalmasını nəzərdə tutan «kənd yaşıl turizmi» sahəsində ciddi yeniliklər gözlənilir. FED.az xəbər verir ki, son vaxtlar ölkəmizdə sürətlə inkişaf etməkdə olan   turizmin bu sahəsində bəzi yeni tələblər gələcək.

Bu barədə Seyyah.az-a hökumətin sifarişi ilə bu sahəni araşdıran xarici ekspertlər bildiriblər.

Ekspertlərin sözlərinə görə, Azərbaycanda kənd evlərinin standartları mövcud deyil, halbuki belə standartlar olmalıdır: « Məsələn, otellərdə standartlar var, bunlar ulduzla ölçülürlər, amma kənd evərində bu barədə standart yoxdur. Kənd evləri müəyyən tələblərə cavab verməlidirlər ki, turistləri qəbul etsinlər».

Qeyd edək ki, qonşu Gürcüstanın turizm sahəsindəki uğurlarının bir hissəsi kənd evləri və bu sahədə standartların olması ilə bağlıdır. Ekspertlər bildirir ki, Azərbaycanda bir sox ev sahibləri turistləri cəlb edib evi kirayəyə verirlər və amma əksər hallarda bu evlər minimum standartlara cavab vermirlər: «Turistlər əlacsızlıqdan gəlirlər, amma biz turistləri kütləvi surətdə cəlb etmək üçün bu standartları bir azda olsa beynəlxalq səviyyəyə gətirib çıxarmalıyıq».

Qeyd edək ki, Avropada kənd turizmi federasiyası var. Bu qurum Avropanın bütün kənd evləri sahiblərini birləşdirir. Həmin təşkilatın müəyyən standartları var və onlar bu standartları bütün ölkələrə tövsiyə edirlər. Həmin standartların əsasında isə hər bir ölkə öz standartlarını qəbul edir. Bu standartlarda evlərdəki şəraitlə bağlı tələblər, daha sadə desək, uristlərin qalacağı evdə minimum şəraitin necə olması göstərilir.

Kənd evində nə olmalıdır?

Standartlara görə, kənd evlərində yaradılan şərait bir neçə məsələni əhatə etməlidir. Bunlar sanitariya və gigiyena, təhlükəsizlik və yaşayış yerlərinin kateqoriyalarıdır.

Məsələn, evlərdə ayayolu, hamam, hamamda şəxsi gigiyena vasitələri, qaynar su olmalıdır.

Bundan başqa, turistlərin qalacağı otaqların qapısında qıfıl olmalıdır.

Turistlər üçün evlər iki yerə ayrılır – qonaq evi, və kənd evi. Qonaq evində turistlərdən başqa heç kim yaşamamalıdır. Kənd evində isə ev sahibləri yalnız bir neçə otağı kirayəyə verir, özləri də həmin evdə yaşayırlar. Qonaq evlərində turistlərə xidmət edən şəxs olmalıdır, amma onlar həmin evdə yaşamamalıdır.

Kənd evlərində səhər yeməyi də verilməlidir: «Kənd evlərinin əksəriyyətində turistlərə heç bir xidmət göstərilmir, sadəcə evdə qalıb gedirlər. Amma xidmət olmalıdırMəsələn turist istəsə yemək verilməlidir, «bizdə yemək verilmir» demək olmaz. Ən azı səhər yeməyi olmalıdır. Menyunun fərqi yoxdur, yumurta-çığırtma bişirə bilsinlər kifayət edər».

Bundan başqa, yaradılan şəraitdən asılı olaraq kənd evləri fərqlənə bilər və onlara kateqoriya verilməlidir. Bir çox Avropa ölkələrində bu kateqoriyalar var. Məsələn, Latviya və Litvada durna simvolu seçilib. Bir durna, iki durna, üç durna kimi göstəricilər komfortun dərəcəsini göstərir. «Bu ona görə edilib ki, burada onlayn sifariş inkişaf edib və bu üsulla ev sifariş edən turist bilmək istəyir ki, hansı komfortda yaşayacaq. Bura wi-fi və başqa məsələlər də aiddir».

Azərbaycanda da kənd evlərində belə bir bölgünün olması təklif olunur: «Biz haradasa üç kateqoriya olmasını təklif etmişik komforta görə. Nişanın simvolu fərqli ola bilər, ideyalardan biri «buta»dır».

Ekspertlər bildirir ki, Azərbaycan kənd turizmini inkişaf etdirmək istəyirsə, bu standartları və yaradılan şəraiti də dünya səviyyəsinə çıxarmalıdır. Bundan başqa turizm sahələri də var -  atlara gəzinti və sair. Bunların da standartları olmalıdır. Çünki turistlər hətta atla da müəyyən cığırla hərəkət etməlidirlər və bu cığırlar ona müəyyən dərəcədə hazır olmalıdır: «Eləcə də cığır boyu müəyyən yerlər təyin edilməlidir ki, turistlər çadır qurub istirahət edə bilsinlər, eləcə də yol üstündə bio-tualetlər və Zibil tullamaq üçün yerlər də olmalıdır».

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR