Türkiyədə otellər ucuzlaşıbmı? - AÇIQLAMA

Türkiyədə otellər ucuzlaşıbmı? - AÇIQLAMA
Xəbərlər 17 Noyabr 2018 13:05 561
Türkiyədə otellər ucuzlaşıbmı? - AÇIQLAMA

Son vaxtlar Türkiyədə dollar ucuzlaşır.  Seyyah.az xəbər verir ki, təqribən 2 ay əvvəl 6,5 lirəyə dəyişdirilən ABŞ valyutası indi 5,33 lirəyə ticarət olunur. Dolların məzənnəsinin dəyişməsi özünü Türkiyədəki malların və xidmətin qiymətində də göstərir. Bəs bu dəyişiklik Türkiyədəki otellərin qiymətinə  necə təsir edib?

Məsələni Seyyah.az-a şərh edən R&R Group turizm şirkətinin direktoru Rüstəm Əhmədov bildirib ki, Türkiyədə dollar ucuzlaşan zaman otellərin qiymətində təəsüf ki, heç bir ciddi dəyişiklik olmayıb: «Belə ki, bu qiymətlər bəzən bir neçə ay öncədən illik və ya mövsüm üzrə formalaşdığı üçün, bir çox hallarda otellərdəki yerlər öncədən böyük turoperatorlara satılır ki, onlar da öz növbəsində artıq təsdiqlənmiş müqavilələr və qiymətlər əsasında təmsil etdikləri ölkələrin turizm bazarına bu məhsulları realizə edirlər».  

Buna görə də dolların ucuzlaşması otellərin qiymətinə bir o qədər önəmli təsir etmədi. Adətən valyuta kursunun artıb azalması bir qayda olaraq turist göndərən ölkə və onun turoperator üçün önəmli olur: «Bir də məzənnə dəyişəndə hər kəs qiymətlərin artan xətt üzrə formalaşmasında, daha baha satılmasında maraqlı olur ki, sonra məzənnə aşağı enəndə də qiymətlər təəssüf ki, bir qayda olaraq dəyişməz qalır». 

Ümumiyyətlə isə Türkiyədə dollar əksinə bahalaşanda Azərbaycan vətəndaşları bu ölkəyə səfər etməkdə daha maraqlı görünürlər, çünki məhsullar azərbaycan manatı ilə müqayisədə daha sərfəli qiymətlərlə əldə olunur. 

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR