Seyyah.az-ın “İnterfaks Azərbaycan”a istinadən yaydığı məlumata görə, bu barədə Nijnı Novqorodun “Striqino” beynəlxalq hava limanı (“Aeroportı Regionov” holdinqinə daxildir) məlumat yayıb.
Məlumatda bildirilir ki, aviareyslər Braziliya istehsalı olan “Embraer 190” tipli təyyarələrlə, hər həftənin şənbə günü həyata keçiriləcək. İyulun 29-dan isə həftədə 2 dəfə olmaqla, çərşənbə və şənbə günləri Bakıdan Nijni-Novqoroda uçuş olacaq. Bu marşrut üzrə uçuşlar bu ilin oktyabr ayının sonunadək yerinə yetiriləcək.