Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb

Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb
Xəbərlər 20 Noyabr 2018 12:35 437
Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb

Nepal və Hindistan ən yüksək çirklənmiş hava konsentrasiyası olan ölkələrdir.

Seyyah.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu tərəfindən aparılan araşdırmada deyilir

Araşdırmanın nəticələrinə görə, bu ölkələrdə havanın çirkli olması yerli sakinlərin ömrünü, təxminən, 4 il qısaldır. Eyni zamanda, Hindistanın Bihar, Uttar Pradeş ştatlarında havanın çirklənmə dərəcəsi daha yüksək olduğundan insan həyatının qısalan hissəsi 6 ildir.

Araşdırmada bildirilir ki, dünyada, təqribən, 5,5 milyard insan havanın çirklilik səviyyəsinin ÜST normalarından artıq olduğu bölgələrdə yaşayır. Bununla belə qeyd edilir ki, Asiya bu göstərici üzrə rekordçudur.

OXŞAR XƏBƏRLƏR