Seyyah.az-ın “Fineko”ya istinadən məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, söhbət bu ilin yay mövsümündə Bakıdan Barselonaya uçuşların təşkil olunmasından gedir. Məqsəd ölkədə turizmi inkişaf etdirməkdir: “Azərbaycanın turizm potensialının təbliği məqsədilə, turizm biznesinin peşəkarları üçün aprelin 14-də Bakıda “B2b Luxury & MICE Workshop” seminarı keçiriləcək. Bu tədbirdə İspaniyanın turizm bazarının iştirakçılarının böyük nümayəndə heyəti iştirak edəcək” – deyə Nazirlikdən bildirilib.