Seyyah.az-ın “Marja”ya istinadən yaydığı məlumata görə, 150 sərnişinlə birlikdə düşən təyyarə sığorta şirkətlərinə 300 milyon dollara başa gələcək.
Almaniyanın sığorta nəhəngi “Münchner Allianz”ın, düşən təyyarənin xərcini ödəmək üçün 300 milyon dollar ayırdığı ifadə edilib. “Münchner Allianz”ın rəsmiləri isə bu haqda açıqlama verməkdən çəkiniblər.
Həmin puldan qurbanların yaxınlarına da veriləcək. Düşən təyyarənin xərci də bu puldan qarşılanacaqdır. Bundan başqa, xilasetmə fəaliyyətindən yaranan xərc də 300 milyon dollardan ödəniləcək.
Xatırladaq ki, ötən çərşənbə günü İspaniyanın Barselona şəhərindən havaya qalxan “Germanwings”in Airbus A320 təyyarəsi Düsseldorfa gedəndə Fransa ərazisində köməkçi pilot tərəfindən qəzaya uğradılıb.