Azərbaycana bu ölkədən də turist gələcək – HAZIRLIQ GEDİR

Azərbaycana bu ölkədən də turist gələcək – HAZIRLIQ GEDİR
Xəbərlər 30 Noyabr 2018 12:16 474
Azərbaycana bu ölkədən də turist gələcək – HAZIRLIQ GEDİR

Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmağı planlaşdırır.
 
Seyyah.az-ın məlumatına görə, bunu Azərbaycanın Avstraliyadakı Ticarət Palatasının prezidenti Nizami Cəfərov bildirib.
 
N. Cəfərov qeyd edib ki, hazırda Palata ölkənin avstraliyalı turistlər arasında populyarlaşması üçün yeni yaradılmış Azərbaycan Turizm Şurası ilə fəal işləyir:
 
“Hər iki ölkənin bir sıra turizm şirkətləri ilə danışıqlar aparılır, inkişaf strategiyası hazırlanır”.
 
Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 194 ölkədən 2 420,4 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 2017-ci ildə Azərbaycana 2 455 avstraliyalı turist səfər edib. Bu, 2016-cı illə müqayisədə 24,6 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR