“AtaTravel”in ofisi yeni ünvana köçüb

Xəbərlər 3 Aprel 2015 00:00 771
“AtaTravel”in ofisi yeni ünvana köçüb

“AtaTravel” MMC-nin ofisi Bakı şəhəri, AZ1010, Səbail rayonu, Xəqani küçəsi 115 A ünvanında fəaliyyət göstərir.

"Yeni ofisdə yaradılmış iş şəraiti, müasir texnologiyaları özündə birləşdirən yüksək xidmət imkanları müştərilərin məmnuniyyəti üçündür",- Şirkətdən seyyah.az-a verilən məlumatda deyilir.

“AtaTravel” MMC-nin yeni telefon və faks nömrələri: Tel.: 493 05 01, 493 05 08; Faks.: 493 05 04.

Qeyd edək ki, "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və Azərbaycanın ən tanınmış holdinqlərdən biri olan, iqtisadiyyatın ayrı-ayrı sektorlarında böyük uğurlara imza atan "AtaHolding" Şirkətlər Qrupunun törəmə şirkətlərindən biridir."AtaTravel" MMC qısa zaman ərzində özünü etibarlı və peşəkar tərəfdaş kimi tanıtmağı qarşısına məqsəd qoyub."AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin,turların əvvəlcədən bronlaşdırılması, sığorta və viza xidmətləri göstərir.

OXŞAR XƏBƏRLƏR