Bakı-Barselona aviareysi açıldı - Uçuş qrafiki

Yeni hava xətlərinə xidmət ekonom və biznes sinifin olduğu Airbus 319 tipli təyyarələrlə göstəriləcək
Xəbərlər 3 Aprel 2015 00:00 1732
Bakı-Barselona aviareysi açıldı - Uçuş qrafiki

“Azərbaycan Hava Yolları” –AZAL Bakıdan Kataloniya əyalətinin inzibati mərkəzi olan Barselona şəhərinə müntəzəm reyslər yerinə yetirməyə başlayır. Şirkətdən seyyah.az-a verilən məlumata gprə, reyslər şənbə günləri birbaşa uçuş yerinə yetirən sərnişinlər üçün maksimal əlverişli cədvəl üzrə Bakıdan saat 07.00-da uçuş və yerli vaxtla 09.45-də Barselonaya eniş olmaqla yerinə yetiriləcək. Barselonadan uçuşlar saat 11.00-da yerinə yetiriləcək və yerli vaxtla 19.10-da Azərbaycanın paytaxtına enəcək. Yeni hava xətlərinə xidmət ekonom eləcə də, biznes sinifin olduğu Airbus 319 tipli təyyarələrlə göstəriləcək.

Yer kürəsində turistlər tərəfindən ən çox gəzilən və Avropanın ən gözəl  şəhərlərindən biri olan Barselonaya birbaşa hava xəttinin açılması sərnişinlərə zəngin tarixə, bənzəri olmayan mədəniyyətə və mükəmməl mətbəxə malik olan İspaniyanı tanımağa gözəl imkan yaradır.

AZAL-ın Barcelonaya reysləri dəniz kənarında çimərlik istirahətini ən məşhur ispan əyalətinin memari və tarixi yerləri ilə tanışlığı birləşdirməyə üstünlük verən səyahət sevənlər üçün gözəl seçimdir. 

OXŞAR XƏBƏRLƏR