Hava şəraitinə görə Bakı-Almatı reysi gecikir

Hava şəraitinə görə Bakı-Almatı reysi gecikir
Xəbərlər 7 Dekabr 2018 12:19 32
Hava şəraitinə görə Bakı-Almatı reysi gecikir

Almatı beynəlxalq hava limanı xəbərdarlıq edib ki, hava şəraitinin pisləşməsi səbəbindən uçuş reysləri cədvəlində dəyişiklik edilə bilər.

Seyyah.az Vlast.kz-yə istinadən xəbər verir ki, hava limanı ərazisində “görüntünü 75/50 nisbətində məhdudlaşdıran duman” müşahidə olunur.

Hava limanının onlayn tablo məlumatlarına görə, saat 11:15 üçün (Bakı vaxtı ilə 09:15 üçün – red.) SCAT aviaşirkətinin Almatıdan Ust-Kamenoqorsk, Uçaral və Kostanay şəhərlərinə uçuşları və Aşqabad şəhərinə beynəlxalq uçuş gecikir, “Air Astana” aviaşirkətinin Astanaya uçuşu isə təxirə salınıb.

SCAT aviaşirkətinin Şımkent, Astana, Uçaral, Ust-Kamenoqorsk, Kokşetau hava limanlarına, “Air Astana” aviaşirkətinin Nyu-Dehli, Kiyev, Bakı və Dubaydan Almatıya uçuşları da geçikir. Urumçidən olan uçuş isə təxirə salınıb.

Daha əvvəl hava limanı əlverişisiz hava şəraiti səbəbindən bu uçuşların cədvəlində dəyişikliklərin olduğu haqqında məlumat vermişdi.

Qeyd olunur ki, artıq bir neçə gündür ki, Almatıda qatı duman müşahidə olunur.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR