Tbilisi aeroportunda problem yaranıb

Tbilisi aeroportunda problem yaranıb
Xəbərlər 8 Dekabr 2018 13:18 467
Tbilisi aeroportunda problem yaranıb

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində dünən axşam saatlarından etibarən qatı duman səbəbindən problem yaranıb.

Seyyah.az xəbər verir ki, aeroportda bir sıra reyslər ləğv olunub və ya gecikmə ilə yerinə yetirilib.

Qətər Hava Yollarının Doha-Tbilisi reysini yerinə yetirən təyyarəsi Bakı beynəlxalq hava limanına istiqamətləndirilib. Daha sonra təyyarə gecikmə ilə Tbilisidə enib.

Dubay-Tbilisi reysi də gecikmə ilə yerinə yetirilib, İstanbul və Aktau istiqamətinə reyslər isə ləğv olunub.

Ukrayna Hava Yollarının Tbilisiyə reys yerinə yetirən təyyarəsi Kutaisi hava limanına enib. Təyyarə bu gün səhər saatlarında Tbilisidə eniş edib.

Mənbə: Report 

OXŞAR XƏBƏRLƏR