Bakı-Podqoritsa aviareysi açılır

Bu il də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Podqoritsaya (Monteneqro) birbaşa çarter aviareysi açacaq.
Xəbərlər 3 Aprel 2015 00:00 1405
Bakı-Podqoritsa aviareysi açılır

Seyyah.az-ın “Report”a istinadən yaydığı məlumata görə, uçuşlar iyunun 25-dən sentyabrın 3-nə qədər yerinə yetiriləcək.

Uçuşları həyata keçirəcək turizm şirkətindən bildirilib ki,  yay mövsümündə iki nəfərin Monteneqroda bir həftəlik istirahəti 2 000 avrodan bir qədər artıq qiymətə başa gələcək. Bu məbləğə aviabilet (hər iki istiqamətdə), transfer, sığorta, hoteldə gecələmə və turistin seçdiyi qidalanma daxildir.

Son bir neçə ildə Monteneqro Azərbaycan vətəndaşları üçün yay mövsümü zamanı viza rejimini ləğv edir. Bu qayda yalnız turist səfərləri üçün keçərlidir. Bu ölkəyə turist kimi gəlmiş Azərbaycan vətəndaşları Monteneqroda 30 gün ərzində qala bilərlər.

OXŞAR XƏBƏRLƏR