Frankfurt-Bakı-Aşqabad reysi Frankfurt-BakıDaşkənd reysi ilə əvəz ediləcək

Frankfurt-Bakı-Aşqabad reysi Frankfurt-BakıDaşkənd reysi ilə əvəz ediləcək
Xəbərlər 11 Dekabr 2018 12:19 573
Frankfurt-Bakı-Aşqabad reysi Frankfurt-BakıDaşkənd reysi ilə əvəz ediləcək

Özbəkistanın Baş nazirinin müavini Aziz Abduxakimov Almaniyanın Lufthansa AG konserninin Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Ronald Şulsla görüşüb.

Seyyah.az xəbər verir ki, görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, Lufthansa AG konserninin Özbəkistan bazarına qayıtması ətrafında müzakirələr aparılıb.

Ronald Şuls bildirib ki, aviaşirkət Frankfurt-Bakı-Aşqabad reysini Frankfurt-Bakı-Daşkənd reysi ilə əvəz etmək niyyətindədir. Bunun üçün başlanğıc kimi bu istiqamətdə həftədə üç dəfə uçuş həyata keçirmək fikrimiz var.

Baş nazirinin müavini bu və digər məsələlərdə aviaşirkətə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib. Vurğulayıb ki, Özbəkistanın regional aeroportlarından biri Lufthansa üçün Avropadan cənub-şərqi Asiya ölkələri üçün tranzit aviasiya habı rolunu oynaya bilər.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR