Nyu-Yorkda böyüklər üçün uşaq bağçası açılıb - FOTOLAR

Bu qeyri-adi müəssisə şəhərin Bruklin rayonunda yerləşir.
Xəbərlər 6 Aprel 2015 00:00 731
Nyu-Yorkda böyüklər üçün uşaq bağçası açılıb - FOTOLAR

Uşaq olmaq istəyən böyüklər bu bağçaya səfər etmək üçün maliyyə vəziyyətlərindən asılı olaraq 333 dollardan 999 dollara qədər pul ödəməlidir. “Preschool Mastermind” adlı böyüklərə uşaq bağçası azyaşlılar üçün nəzərdə tutulmuş bütün ənənəvi elementləri özündə ehtiva edir. Belə ki, bağçada oyun oynamaq, rəsm çəkmək, valideynlərlə görüşmək, hətta sakit saat üçün yerlər nəzərdə tutulub.

Bağçanın təsisçisi Mişel Coninin sözlərinə görə, böyüklər bura öz daxilindəki uşaqlıqla qovuşmaq üçün gəlirlər. Burda təlim-tərbiyə dərsləri hər həftə keçirilir.

OXŞAR XƏBƏRLƏR