Bakı MDB-də ən çox ziyarət olunan şəhərlərdəndir - SİYAHI

Rusiyanın Oktogo.ru otellərin onlayn bronlaşdırma servisi 2015-ci ildə rus turistlərinin MDB-də ən populyar şəhər və ölkələrini müəyyən edib.
Xəbərlər 7 Aprel 2015 00:00 966
Bakı MDB-də ən çox ziyarət olunan şəhərlərdəndir - SİYAHI
Seyyah.az "Oxu.az"-a istinadən xəbər verir ki, populyarlıq reytinqində Belarus liderdir, daha sonra Ukrayna, Qazaxıstan, Azərbaycan, Ermənistan, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan gəlir. 
 
MDB-nin ən populyar şəhərlərinin onluğuna Minsk, Kiyev, Bakı, Almatı, İrəvan, Astana, Vitebsk, Daşkənd, Brest və Lvov daxildir. Əgər Gürcüstan MDB-yə daxil olsaydı, Tbilisi populyarlığına görə 7-ci yerdə olardı. 
 
Reytinq 2015-ci ildə ruslar tərəfindən MDB ölkələrində otellərin bronlaşdırılması məlumatlarına əsasən müəyyən edilib. 
 
2015-ci ildə Rusiyanın turistləri arasında 10 ən populyar şəhər: 
 
1. Minsk
2. Kiyev
3. Bakı
4. Almatı 
5. İrəvan
6. Astana
7. Vitebsk 
8. Daşkənd
9. Brest 
10. Lvov 
OXŞAR XƏBƏRLƏR