Otellərdə yerlər azalır - Yeni il tətilinə az qalıb

Otellərdə yerlər azalır - Yeni il tətilinə az qalıb
Xəbərlər 17 Dekabr 2018 17:00 589
Otellərdə yerlər azalır - Yeni il tətilinə az qalıb

Yeni il tətilini ölkədaxili və ölkəxarici turizm məkanlarında keçirmək istəyənlər indidən yerləri rezerv etdirməyə başlayıb.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli bildirir ki, hazırda ölkədaxili otellərdə boş yer demək olar ki yoxdur:

“Bu il yerli vətəndaşlarla yanaşı, xarici turistlər də çoxluq təşkil edir. Onların arasında öncədən rezerv edənlər də olur, vaxta az qalmış alanlar da. Bu il yeni illə bağlı çox maraqlı və möhtəşəm qala gecələri gözlənilir. Otellərdə yerlər dolduğuna görə, bəzi rayonlarda müştərilərə evlər təklif olunur”.

"Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev qeyd edib ki, keçən il 14 dekabr tarixində otellərdə boş yer yox idi:

“Yerli əhali xaricdən çox regionlara getməyə üstünlük verirlər. Hazırda otellərin əksəriyyətində yerlər tutulub. Amma ötən illə müqayisədə, hələ yerlər var. Düşünürəm ki, dekabrın 20-sinə kimi otellərdə yer tapmaq mümkün olacaq”.

Mənbə6 Metbuat

OXŞAR XƏBƏRLƏR