Bakıdan Məşhədə reys açılır

İranın “Ataair” aviaşirkəti Bakı-Məşhəd reysinin açılması üçün bütün lazımi lisenziyaları alıb.
Xəbərlər 8 Aprel 2015 00:00 1233
Bakıdan Məşhədə reys açılır

Seyyah.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə “Ataair”-in ticarət məsələləri üzrə baş direktorunun müavini Mehdi Beyane bildirib.

Onun sözlərinə görə, Bakı-Məşhəd- Bakı marşrutu üzrə aviareys yalnız zəvvarların daşınması üçün nəzərdə tutulacaq. Amma ilk növbədə İran şirkəti bilet satışının həyata keçirilməsi üçün Azərbaycan şirkətləri müqavilə bağlamalıdır. Söhbət Məşhəd ziyarəti təşkil edən şirkətlərdən gedir. Bundan sonra isə bileti qiyməti müəyyən edilməlidir.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfər zamanı Bakı-Məşhəd aviareysinin açılması barədə sənəd imzalanıb.

OXŞAR XƏBƏRLƏR