Rusiyadan Azərbaycana yeni təyyarə reysləri açılır

Rusiyadan Azərbaycana yeni təyyarə reysləri açılır
Xəbərlər 19 Dekabr 2018 19:06 487
Rusiyadan Azərbaycana yeni təyyarə reysləri açılır

“UVT AERO” və “Nordavia” aviaşirkətləri Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən Azərbaycana beynəlxalq reyslərin həyata keçirilməsi üçün razılıq alıb.

Seyyah.az xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, “UVT-AERO” aviaşirkəti həftədə 2 dəfə olmaqla Kazan-Gəncə və həftədə 1 dəfə olmaqla Moskva-Naxçıvan istiqamətində uçuşlar həyata keçirəcək.

Bundan başqa, məlumatda deyilir ki, “Nordavia” aviaşirkəti isə Moskva-Naxçıvan istiqamətində uçuçların həyata keçirilməsi üçün razılıq əldə edib. Uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.

Qeyd edək ki, “UVT-AERO” aviaşirkəti 2015-ci ildə bağlanmış “Ak Bars Aero” şirkətinin bazasında yaradılıb. Şirkət Tatarıstanın şəhərlərindən müntəzəm aviareyslər həyata keçirir. Şirkətin Kazan, Buqulma və Bekişevo şəhərlərində hava limanları mövcuddur.

“Nordavia” şirkəti isə Rusiyanın Şimal-Qərb Federal Dairəsindən Rusiya üzrə sərnişinlərin daşıması ilə məşğuldur. Şirkətin mərkəzi ofisləri “Domodedovo” və “Arxangelsk” aeroportlarında yerləşir. Daşıyıcının parkında “Boeing-737-500” sərnişin laynerləri mövcuddur. 

Mənbə: Report

 

OXŞAR XƏBƏRLƏR