Nazir: “Bakı Sirkinin binası şəhərin mərkəzində olmalıdır”

“Fikrimcə, Bakı Sirkinin binası şəhərin mərkəzində və daha geniş ərazidə olmalıdır”.
Xəbərlər 8 Aprel 2015 00:00 1493
Nazir: “Bakı Sirkinin binası şəhərin mərkəzində olmalıdır”
Seyyah.az-ın APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevmedia rəhbərləri ilə görüşü zamanı deyib.
Nazirin sözlərinə görə, sirkin yeni binasının inşası ilə bağlı artıq bir neçə layihə hazırdır: “Bu günlərdə sirkin yanından keçirdim, gördüm ki, o binanın xarici görünüşü qənaətbəxş deyil. Qeyd etməliyəm ki, sirkin daxili infrastrukturu yaxşı vəziyyətdədir. Cənab prezidentin tapşırığına əsasən 4-5 layihə hazırlanıb, tender elan olunacaq və ən yaxşısı seçiləcək. Mən inanıram ki, sirkin binası şəhərin mərkəzində daha geniş ərazidə olacaq. Hazırda bu işlə bağlı bir neçə memar çalışır”.
Ə. Qarayev bildirib ki, hazırda prioritet məsələ Opera və Balet Teatrının restavrasiyası və yenidən qurulmasıdır.
OXŞAR XƏBƏRLƏR