Azərbaycan Mərkəzi Asiyanın "Şengen"inə qoşula bilər

Azərbaycan Mərkəzi Asiyanın
Xəbərlər 21 Dekabr 2018 13:04 448
Azərbaycan Mərkəzi Asiyanın "Şengen"inə qoşula bilər

Özbəkistan Qazaxıstanla birlikdə 2019-cu ilin fevral ayında "Şengen viza"sının oxşarı olan "Silk visa"nın tətbiqinə başlayacaq.

Seyyah.az xəbər verir ki, bu barədə Özbəkistanın Dövlət Turizm Komitəsinin sədr müavini vəzifəsini icra edən Uluqbek Kasımxocayev jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, viza Mərkəzi Asiya regionuna birgə xarici turist cəlb edilməsi və bütövlükdə bu marşrutun populyarlaşdırılması məqasədi ilə tətbiq olunacaq.

U.Kasımxocayev həmçinin qeyd edib ki, Qırğızıstan və Tacikistan da birgə vizaya maraq göstərir, Qazaxıstan tərəfi isə bu layihəyə Azərbaycan və Türkiyəni də daxil etməyi planlaşdırır.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR