AZAL-ın onlayn qeydiyyatı yenilənib

AZAL-ın onlayn qeydiyyatı yenilənib
Xəbərlər 21 Dekabr 2018 20:28 436
AZAL-ın onlayn qeydiyyatı yenilənib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi saytında onlayn qeydiyyat yenilənib.

AZAL-dan Seyyah.az-a verilən məlumata görə, artıq qeydiyyat zamanı təyyarədə ayaqlar üçün daha geniş sahəsi olan yerləri və salonun önündəki yerləri onlayn qaydada ödəniş edərək seçmək mümkün olacaq.

Xatırladırıq ki, onlayn qeydiyyat uçuşa 24 saat qalmış açılır və uçuşa 1 saat qalmış bağlanır.

Mənbə: Finans.az

OXŞAR XƏBƏRLƏR