Peşə təhsili müəssisələrində təhsil müddəti dəyişdi – QƏRAR

Peşə təhsili müəssisələrində təhsil müddəti dəyişdi – QƏRAR
Xəbərlər 22 Dekabr 2018 09:22 435
Peşə təhsili müəssisələrində təhsil müddəti dəyişdi – QƏRAR

Nazirlər Kabineti “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”ndə dəyişiklik edib.
 
Seyyah.az-ın məlumatına görə, indiyə qədər qüvvədə olan qərara əsasən, tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti 1 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq 1-2 il olub.
 
Ümumi orta, tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində işəgötürənlərin və fərdlərin sifarişləri əsasında müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün həmin və ya digər peşənin öyrədilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədər nəzərdə tutulub.
 
Dəyişikliyə əsasən bundan sonra peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdiriləcək:
 
- ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 2 il;
 
- tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il;
 
- ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda - 3 il;
 - ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 4 il;
 
- tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 3 il;
- Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
 

OXŞAR XƏBƏRLƏR