Bakıda ili 15 min manata məktəb açılır

Bu ilin sentyabr ayından Binə qəsəbəsi yaxınlığında tikilən “Dreamland” yaşayış sahəsində “SABIS® SUN International School” fəaliyyətə başlayacaq.
Xəbərlər 8 Aprel 2015 00:00 1880
Bakıda ili 15 min manata məktəb açılır

Seyyah.az "Marja"-ya istinadən xəbər verir ki,Beynəlxalq standartlara tam cavab verəcək bu məktəb kompleksində təhsil ingilis dilində aparılacaqdır. Bundan əlavə, şagirdlərə Azərbaycan dili mükəmməl öyrədiləcək və ikinci xarici dil seçmək imkanı da yaradılacaqdır.

Məktəb bağça və orta məktəbdən ibarətdir. Bağçaya körpələr iki səviyyə üzrə götürüləcəkdir. "Marja"nın əldə etdiyi məlumata görə, birinci səviyyə üzrə illik təhsil və xidmət haqqı 13 min 235 dollar, ikinci səviyyə üçün isə 13 min310 dollar müəyyən olunub. Qiymətlərə təhsil haqqı, gediş-qayıdış haqqı, kitabın alınması və kafedən istifadə daxildir.

Orta məktəbə şagirdlər isə 1-5-ci siniflər üzrə qəbul ediləcəklər. Qiymətlər siniflər üzrə aşağıdakı kimidir:

ABŞ dolları ilə

 

 

Uşaq Bağçası 1

Uşaq Bağçası 2

1-ci sinif

2-ci sinif

3-cü sinif

4-cü sinif

5-ci sinif

Təhsil haqları

11010

11 010

11 010

11 520

11 520

11 520

12 000

Avtobus

1000

1000

1000

1000

1000

1000

1000

Kitablar

225

300

300

375

450

450

450

Kafe

1000

1000

1000

1000

1000

1000

1000

Cəmi

13 235

13 310

13 310

13 895

13 970

13 970

14 450

“SABİS”  beynəlxalq məktəbinin Azərbaycanda tərəfdaşı “Azersun Holding”dir.

Qeyd edək ki, ötən ilin Sentyabr ayında “Azersun Holding” şirkətlər qrupu dünyanın ən məşhur məktəblər şəbəkələrindən biri olan “SABİS” ilə müqavilə imzalayıb. Razılaşma, Azərbaycanda ilk dəfə olaraq məhz “Azersun”a məxsus “Dreamland” yaşayış sahəsində “Sabis” məktəb kompleksinin yaradılmasını nəzərdə tutur.  

OXŞAR XƏBƏRLƏR