İstanbula cəmi 30 Avroya

Xəbərlər 10 Aprel 2015 00:00 1442
İstanbula cəmi 30 Avroya

Pegasus aviaşirkəti cəmi 29,99 avro qiymətə yeni Kutaisi-İstanbul reysini açır.

Seyyah.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın sərnişinləri ucuz qiymətə İstanbul vasitəsilə Avropa ölkələrinə uçmaq imkanı əldə edəcəklər.

Belə ki, Türkiyənin Pegasus aviaşirkəti gələn ay Kutaisi-İstanbul reysini açır.

Türkiyənin az büdcəli aviaşirkəti olan Pegasus Airlines gürcü aviabazarında rəqabəti artırmaq və aviabiletlərə olan yüksək qiymətləri azaltmağa ümid edir.

Kutaisidən İstanbula biletlərin qiyməti cəmi 29,99 avrodan başlayır.

Mayın 19-dan sərnişinlər Kutaisi-İstanbul marşrutu ilə həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uça bilərlər.

“Pegasus” hava yolları müştərilərinə İstanbulun Sabiha Gökçen hava limanından 100 müxtəlif istiqamətə uçmağa imkan verir.

 

Kutaisi Beynəlxalq Hava Limanı öz növbəsində hava yükdaşımalarının, maşrutlarının açılması və müxtəlif istiqamətli uçuşların artırıması məqsədilə  bir neçə beynəlxalq aviaşirkətlərlə danışıqlar aparır. Havalimanının rəsmilərinin sözlərinə görə, artıq İspaniyanın, Türkiyənin, Almaniyanın və Asiyanın bir neçə ölkəsinin uçuş xidmətləri şirkətləriylə danışıqlar aparılıb və Türkiyənin “Pegasus” şirkəti ilə razılıq əldə olunub. 

OXŞAR XƏBƏRLƏR