“Şahdağ Turizm Mərkəzi”nin yeni sədri planlarını açıqlayıb

“Şahdağ Turizm Mərkəzi”nin yeni sədri planlarını açıqlayıb
Xəbərlər 26 Dekabr 2018 20:19 418
“Şahdağ Turizm Mərkəzi”nin yeni sədri planlarını açıqlayıb

“Yaxın vaxtlarda Şahdağ Turizm Mərkəzində gecə klubu, kinoteatr fəaliyyətə başlayacaq və qeyri-xizək xidmət sahələri genişləndiriləcək".

Seyyah.az xəbər verir ki, bunu “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin yeni sədri Rodderix Mark Leffler deyib.

“Bizim iki əsas məqsədimiz var: buranı yaxşı bir turizm mərkəzinə çevirmək və Azərbaycanın bu gözəl hissəsinə daha çox turist cəlb etmək. Mərkəzlə tanış olarkən görəcəksiniz ki, bir çox xidmətlərimiz var. Bundan başqa, yay fəsli üçün də planlarımız var. İstəyirik ki, bu kompleks il ərzində fəaliyyət göstərsin. Çünki burada insanların məşğulluğuna töhvə verəcək işlər var”, - deyə o, qeyd edib. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR