Bu il Türkiyəyə 800 mindən çox azərbaycanlı gedib

Bu il Türkiyəyə 800 mindən çox azərbaycanlı gedib
Xəbərlər 28 Dekabr 2018 15:55 459
Bu il Türkiyəyə 800 mindən çox azərbaycanlı gedib

2018-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə Azərbaycandan 802 820 turist səfər edib.

Seyyah.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Bu ilin 11 ayı ərzində Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,57 faiz artıb.

Bu müddət ərzində Türkiyəyə gələn əcnəbilər arasında Azərbaycan turistlərinin payı 2,24 faiz təşkil edib.

Təkcə bu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 59,1 min turist səfər edib ki, 2017-ci ilin noyabr ayı ilə müqayisədə bu, 9,51 faiz çoxdur.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR