“Aeroflot” pulsuz uçuşlar təklif edir

Rusiyanın “Aeroflot” aviaşirkəti faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə xüsusi aksiya keçirir.
Xəbərlər 13 Aprel 2015 00:00 946
“Aeroflot” pulsuz uçuşlar təklif edir

Bu barədə Seyyah.az “Report”a istinadən xəbər verir. Məlumata görə, aksiya çərçivəsində MDB və Baltikyanı ölkələrin vətəndaşları olan Böyük Vətən Müharibəsi veteranları və əlilləri, faşizmin sabiq yetkinlik yaşına çatmayan məhbuslarına aviaşirkətin təyyarələrindən tam olaraq pulsuz istifadə xidməti təklif olunur.

Məlumata görə, güzəştli gediş müddəti - 2015-ci il mayın 3-dən 12-nə qədər, biletlərin rəsmiləşdirilməsi dövrü isə aprelin 7-dən mayın 12-nə qədərdir.
Bundan əlavə, hər bir aksiya iştirakçısı özü ilə daha bir nəfəri pulsuz apara bilər. Pulsuz bilet Rusiya sərhədləri daxilində istənilən marşrut üzrə uçmağa imkan verir.

OXŞAR XƏBƏRLƏR