Qətər Hava Yollarından daha bir mühüm satınalma

Qətər Hava Yollarından daha bir mühüm satınalma
Xəbərlər 3 Yanvar 2019 16:55 437
Qətər Hava Yollarından daha bir mühüm satınalma

Daha öncə International Airlines Group, LATAM Airlines, Air Italy və Cathay Pacific-dən səhm alışı edən Qətər Hava Yolları daha bir mühüm satınalma edib. Seyyah.az xəbər verir ki, nəhəng hava yolu şirkəti, uçuş şəbəkəsini qlobal miqyasda genişləndirmək və dünyanın ən sürətli böyüyən kommersiya aviasiya bazarına girmək məqsədilə Cənubi Çin Hava Yollarının 5 faiz səhmini satın aldığını açıqlayıb.
Qətər Hava Yollarının İcraçı direktoru Akbar al-Baker, Cənubi Çin Hava Yollarının həm Çinin daxili bazarında, həm də qlobal bazarda böyük bir aktyor olduğunu deyib və əlavə edib:
"Cənubi Çin Hava Yollarının çox böyük potensialı var. Qətər və Cənubi Çin Hava Yolları bir-birini tamamlayan böyük bir qüvvə və vəsaitə malikdir. Həm şirkətlər, həm də müştərilərə böyük fayda verəcək, uzunmüddətli bir iş birliyinin ilk addımlarını atdıq".
Qətər Hava Yolları eyni zamanda International Airlines Group-un 20%, LATAM Airlines Group-un 10%, Air Italy-nin 49 faiz və Honq Konqun Cathay Pacific şirkətinin 9.99 faiz səhminə sahibdir.

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR